Yeddi nəfərin ölməsi avtobus və qatar qəzasına xas itkidir - Ekspert

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov İsmayıllıda 7 nəfərin ölümü ilə nəticələnin dəhşətli qəza ilə bağlı bəzi fikirlərini açıqlayıb. O Avtosfer.az-a bildirib ki, İsmayıllı ərazisində baş verən qəza çox sarsıdıcıdır. İki minik avtomobilinin toqquşduğu bir qəzada 7 nəfərin ölməsi çox ağırdır. Bu, avtobus və qatar qəzasına xas itkidir.
"Ölənlərə Allah rəhmət eləsin, yaxınlarına səbr diləyirəm. Amma bu qəzada ümumiləşdirilə bilən xeyli qanunauyğunluqlar var.
1. Qəzada ölənlərin olduğu avtomobil 7 sərnişin yerlik minivendir. Hamı bilir ki, bunların əksəriyyətini xalturşiklər sürülər. Bu hadisədə ölən sürücünün ruhunu incitmədən (ola bilər ki, rəhmətliyin günahı olmayıb) öz müşahidələrimə əsasən deyirəm ki, əsasən rayonlararası xaltura edən bu avtomobillərin sürücülərinin əksəriyyəti heç bir qayda-filan tanımır. Ölkəmizin ən təhlükəli sürücüləri sırasındadırlar.
2. Avtomobil özü də təhlükəsizlik baxımından zəifdir. Onlar daha diqqətlə, daha təhlükəsiz idarə edilməlidir. Onlarala sərt manevrlər həmişə təhlükəlidir.
3. Hadisədə iştirak edən ikinci avtomobil də adətən təhlükəli sürücüləri ilə xarakterizə olunur. Beləsinin nömrəsi "A" hərfi ilə başlayırsa, özünüzü həmişə ondan qoruyun
4. Hadisənin baş verdiyi yer iki zolaqlı yoldur, döngələri və məhdud görünən yerləri var. Belə yolda ötmə mümkün olmur. Ona görə daha diqqətli olmaq lazımdır, çünki həmişə intensiv hərəkət var, xırda səhv etsən, üz-üzə toqquşacaqsan.
5. Hələ də sürüclərimiz sürətin nə olduğunu bilmirlər və bilmək də istəmirlər. Nəticədən aydındır ki, bu qəzada yüksək sürət olub. Sürət doğrudan da yalnız ömrü qısaldır, yol isə yarımçıq qalır...
Təfərrüatları yəqin istintaq müəyyən edəcək. Mən ümumi təsəvvürləri qeyd etdim".
Elməddin
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










