Yeni pullu yolun sürücülərə nə faydası olacaq? - Ödənişli yolun üstünlükləri

Bildiyiniz kimi, Bakı-Quba-Rusiya dövlət sərhədi yeni avtomobil yolu ödənişli olacaq. Bəs köhnə yol alternativ olaraq qalacaqmı? Yeni yolun salınması sürücülərə hansı faydaları verəcək? Sfera.az bununla bağlı yol qaydaları üzrə ekspert Elməddin Muradlının fikirlərini öyrənib. Elməddin Muradlı yolun sürücülər və sərnişinlər üçün bir çox problemi aradan qaldıracağını deyib: "Bu yol təbii ki, çox rahat yol olacaq. Sərnişinlər və sürücülərin mənzil başına daha tez çatmalarına səbəb olacaq. Həm təhlükəsiz, həm də rahat olmaqla yanaşı tıxac probleminin də aradan qalxmasına gətirib çıxaracaq. Amma təbii ki, bununla yanaşı pulsuz alternativ bir yol da olmalıdır. Yəqin ki, köhnə yol alternativ yol kimi pulsuz istifadədə saxlanılacaq".
Ekspertin sözlərinə görə, yeni yol ölkə iqtisadiyyatına da töhvə verəcək: "Bu yol həm də iqtisadi baxımdan faydalıdır, ölkəyə gəlir gətirə bilər. Bu yoldan yəqin ki, təkcə Azərbaycan vətəndaşları istifadə etməyəcək. Xarici vətəndaşların da istifadəsinə açıq olduğu üçün iqtisadi gəlirə təsir edəcək. Beynəlxalq sərnişin və yükdaşıma xidmətləri bu yoldan istifadə etdikcə Azərbaycana pul ödəyəcəklər”.
Qeyd edək ki, haqqında bəhs edilən yol Bakı – Rusiya sərhədinin 43-cü kilometrliyində yerləşən Tağıyev qəsəbəsindən başlayır və 208-ci kilometrə qədər olan məsafəni əhatə edir.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












