Reklam

Yeni texnikalar insan əməyini sıradan çıxaracaq? - AÇIQLAMA

Yazarlar 10 Noyabr 2024 17:31 Oxunub 262
Yeni texnikalar insan əməyini sıradan çıxaracaq? - AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıya küçələri təmizləmək üçün 10 ədəd yeni tozsoran texnika gətirilib, Səbail və Nəsimi rayonlarının kommunal xidmətlərinin istifadəsinə verilib. Yaxın zamanlarda əlavə texnikaların gətirilməsi nəzərdə tutulub.

Bəs bu cür texnikalar insan əməyini sıradan çıxara bilər?

Avtosfer.az xəbər verir ki, mövzu barədə sosioloq Mətanət Məmmədova Redaktor.az-a açıqlamasında öz fikirlərini bölüşüb:

"Həyatımızın bütün sahələrində olduğu kimi, küçələrin təmizlənməsi üçün də yeni texnologiyalara ehtiyac var və bunlar artıq istehsal olunur. Biz də böyük şəhərin sahibləri kimi, onun təmizliyini istəyən, ekologiyasının qeydinə qalan insanlar kimi həmin avadanlıqlardan alıb istifadə etmək istəyirik. Lakin düşünürəm ki, bu, heç vaxt insan əməyinə mane ola bilməyəcək. Çünki birincisi onları çalışdırmaq üçün insanlara ehtiyac olacaq, ikincisi isə mütəmadi nəzarət olacaq. Yəni o qurğular hər zaman istənilən yerdə təmizliyi həyata keçirə bilməyəcək. Ola bilər ki, böyük bir çirkab yaranan ərazilərdə təmizləmə işləri ilə məşğul olsun, ancaq onlar çıxıb gedəndən sonra yenə də ora nəzarət etmək üçün insan əməyinə ehtiyac olacaq".

Mətanət Məmmədova — Vikipediya

M.Məmmədovanın sözlərinə görə, texnologiyalar nə qədər müasirləşsə də, onlardan istifadə etsək də, yenə məişətdə insan əməyinə ehtiyac var:

"Çünki insan əməyi, insan nəzarəti olmasa, bu təmizliyi əsla həyata keçirmək mümkün deyil. Bizim şəhərimizdə  insan sayı o qədər çoxdur ki, nə qədər belə mexanizmlərdən gətirilsə də, bunun qarşısını almaq mümkün deyil. İnsanların fəaliyyətlə məşğul olmasına ehtiyac var. Digər tərəfdən isə onların əmək haqqı almasını, həyatlarının həmin məvacibdən asılı olmasını düşünərək qeyd etmək istəyirəm ki, texnologiyanın həyatımıza daxil olması aidiyyəti qurumlar tərəfindən də insan əməyinin məhdudlaşdırılması ilə nəticələnməyəcək. Çünki bizim dövlətimiz insanının, zəhmətkeşinin arxasındadır. Bu cür müasir mexanizmlər heç vaxt insan əməyinin qarşısını ala bilməyəcək".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh