Yeraltı keçidlər sökülə bilər? - EKSPERT AÇIQLADI

Şəhər daxilində insanların rahat və təhlükəsiz hərəkəti üçün müxtəlif səviyyəli piyada keçidlərindən imtina edilməli, onların yerinə eynisəviyyəli, yəni yerdən keçidlər təşkil olunmalıdır.
Avtosfer.az “Baku.ws”ə istinadən xəbər verir ki, bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev açıqlama verib.
Onun sözlərinə görə, hazırda hər hansı keçidin sökülməsi (demontaj) gündəmdə olmasa da, yaxın zamanda mövcud yeraltı və yerüstü keçidlərin yanında zebralı, işıqforla tənzimlənən və təhlükəsizlik adacığı ilə təmin olunan keçidlərin yaradılması vacibdir.
Ekspert bildirib ki, piyadaların qəzaya düşməsi halları məhz qeyri-müəssər keçidlərin yaxınlığında baş verir:
"Piyada hər zaman qısa yolu seçir. Əgər bu qısa və təhlükəsiz yol təmin olunmazsa, o zaman insanlar qaydaları pozaraq təhlükəyə atılır".
Rauf Ağamirzəyev əlavə edib ki, ölkə əhalisinin 37 faizi azmobillidir – yəni uşaqlar, valideynlər, yaşlılar və fiziki məhdudiyyətli şəxslərdir. Bu səbəbdən şəhər mühitinin hamı üçün əlçatan olması zəruridir.
Ekspertin sözlərinə görə, dünyanın bir çox ölkəsində artıq yeraltı keçidlərin təyinatı dəyişdirilərək ticarət obyektləri, velosiped dayanacaqları və ya digər məqsədlər üçün istifadəyə verilir:
"Düşünürəm ki, bizdə də keçidlərin fərqli məqsədlərlə istifadəsi daha məqsədəuyğun olardı".
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












