Yol polisi “avtoş”u belə cəzalandıra bilər – Qanunda bu cür yazılıb

Son vaxtlar sürücülər bəzi yol polislərinin qanunu düzgün tövsif etmədikləri barədə Avtosfer.az saytına öz şikayətlərini bildirirlər. Bu şikayətlərdən biri sürücülərin haqsız yerə "avtoxuliqan" adıyla tutulmalarıdır. Sürücülər iddia edir ki, onların əməlində avtoxuliqanlıq hərəkəti olmasa da, yol polisləri saxlayaraq sağdan ötdüyünü bildirib protokol tərtib etmədən avtoxuliqan kimi avtomobili cərimə meydançasına aparırlar.
İlk olaraq bildirək ki, polis əməkdaşı sağdan ötməni sadəcə ötmə qaydasının pozulması kimi qiymətləndirərək 40 manat cərimə yazmalıdır. Əgər qanunda deyildiyi kimi, sürücü ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozarsa, cəmiyyətə açıqca hörmətsizlik edərsə, yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər edərsə, onda həmin sürücüyə “avtoxuliqan” demək olar. Yəni təkcə hərəkət sürətini aşmağa və ya sağdan ötməyə görə sürücüyə avtoxuliqan demək hüquqa zidd olar.
Sürücü həqiqətən də avtoxuliqanlıq edərsə, bu halda onun avtomobili cərimə meydançasına aparıla bilməz. Çünki İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsində avtomobilin hansı hallarda cərimə meydançasına aparılması konkret şəkildə göstərilib. Həmin maddədə avtoxuliqanlığa görə avtomobilin cərimə meydançasına aparılması və sürücünün nəqliyyat vasitəsindən kənarlaşdırılması halı yoxdur. Əgər bu hərəkətə görə avtomobili cərimə meydançasına aparırlarsa deməli, sürücünün hüququnu kobud şəkildə pozurlar.
Əslində isə avtoxuliqanlıq edən sürücünü polis əməkdaşı saxlamalı, ona protokol tərtib edərək sürücülük vəsiqəsini alıb əvəzində nəqliyyat vasitəsini müvəqqəti idarə etməyə görə talon verməlidir. Bundan sonra isə polis əməkdaşı sürücünü avtomobili ilə bərabər sərbəst buraxaraq işi məhkəməyə göndərməlidir.
Təbriz Yusubov
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?











