Yol polisi bundan sonra sürücünü harada gəldi saxlaya bilməz - Dəyişiklik

“YPX əməkdaşı artıq gizli patrul xidmətləri göstərə bilməyəcək”. Avtosfer.az xəbər verir ki, bu barədə ekspert Ərşad Hüseynov məlumat verib. Onun sözlərinə görə, Daxili İşlər Nazirliyinin Kollegiyası “Yol-patrul xidməti haqqında" yeni təlimat təsdiq edib: “Təlimatda xeyli yeniliklər var. Onların ən maraqlılarından biri xidmətin növləri ilə bağlıdır. Artıq gizli və ya qarışıq xidmət qadağan olunur. Belə ki, polis əməkdaşı əvvəllər patrul maşınında deyil, adi bizim idarə etdiyimiz maşına oxşayan avtomobildə xidmət edirdi. Yaxud da xüsusi uniformada yox, adi formada xidmət edir. Belə patrul xidmətləri artıq qadağan olunur. Ancaq aşkar xidmət olacaq. Bu da o deməkdir ki, polis yol patrul maşınında və uniformada xidmət edəcək. Yəqin ki, nazirlik yol-patrul xidmətində şəffaflığı yüksəltmək məqsədilə və müasir texniki vasitələrin geniş tətbiqini nəzərə alaraq bu xidmətin yalnız aşkar üsulla aparılmalı olduğunu təsbit edib”.
Bundan əlavə, “Yol-patrul xidməti haqqında" yeni Təlimatda digər mühüm bir yenilik hərəkətdə olan nəqliyyat vasitəsinin DYP əməkdaşı tərəfindən saxlanılması halları ilə bağlıdır. Bundan sonra nəqliyyat vasitələri yalnız “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 85-ci maddəsində nəzərdə tutulan hallarda dayandırıla bilər. Bu isə o deməkdir ki, məsələn, hər hansı başqa səbəb yoxdursa, reyd keçirilməsi adı ilə avtomobili dayandırmaq olmaz.
Elmin
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












