Yol polisi ilə şəkili sürücünün şeytan söhbəti

Olmuş hadisədir və bunu Avtosfer.az saytına şəkili sürücü özü danışıb. Kafe işlədən şəkili sürücü marketin qarşısında maşını saxlayıb göy-göyərti alır. Marketdən çıxanda görür ki, maşının yanında bir yol polisi əməkdaşı dayanıb. Sürücü maşina yaxınlaşanda yol polisi əməkdaşı sənədləri tələb edir və sürücüyə bildirir ki, dayanma-durma qaydalarını pozub. Yaşlı sürücü də yol polisinə bildirir ki, beh dəqiqəlik dayanıb marketdən göyərti alıb və indi sürüb gedir.
Yol polisi:
- Xeyr, sənədləri verin. Cərimə yazacam.
Şəkili sürücü:
- Axı mən gedirəm, cərimə yazmayın. Nolar ki, beş dəqiqəlik dayanmışdım, indi sürüb boşaldaram yolu.
- Olmaz. Qayda pozmusunuz, cərimə yazacam.
Sürücü yol polisinin inadkarlıq etdiyini görüb xeyli çək-çevirdən sonra «Lənət sənə kor şeytan» deyib maşına minmək istəyir.
Yol polisi isə belə cavab verir:
- Nə dedin? Məni təhqir edirsən? Yaxamda mikrofon var, səsini yazır. Gör sənin başına nə oyun açacam…
Şəkili sürücü:
- Ha indi sən şeytansan?
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












