Yol polisi piyadaların nə vaxt və harada vurulduğunu açıqladı - VİDEO

Bakıda piyadaların vurulması halları ötən illə müqayisədə çoxdur. Statistik məlumatlar bunu deməyə əsas verir. Məlumata görə, ən çox belə hallar isə piyadaların qulaqcıqla onlar üçün nəzərdə tutulmayan yerlərdən keçməsi zamanı olur. Avtosfer.az-ın məlumatına görə, piyadaların vurulması hallarının çoxu qanunsuz yerdən keçənlərin üzündən baş verir. Bakı şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyir ki, aparılan təhlillər piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin ən çox yeraltı və ya yerüstü keçidlərin yaxınlığında baş verdiyini göstərir. Təkcə bu ilin 8 ayı ərazində 565 piyada vurulub ki, bu da ötən illərlə müqayisədə çoxdur. Elə bunun nəticəsidir ki, yol polisi 8 ay ərazində qanunsuz yerdən keçən 100 minə yaxın piyadanı cərimələyib.
Vaqif Əsədovun sözlərinə görə, ən çox belə hallar günün qaranlıq vaxtı, piyadanın onlar üçün ayrılmış yerdən keçməməsi üzündən baş verir. Söhbət qulaqcıqdan düşmüşkən, şəhərdə çəkiliş apardığımız zaman da şahidi olduq ki, bir çox gənc yolu keçərkən qulaqcığını çıxarmır. Yüksək musiqinin təsiri altında yolu keçmək istənilən vaxt böyük təhlükədən xəbər verir. Bir neçə ildir telefon və onun aksessuarlarının satışı ilə məşğul olan Seymur Yusibovun sözlərinə görə, kefiyyətsiz qulaqcıqlar çöldəki səsləri buraxmır. Bu qulaqcıq səsi buraxmamaqla yanaşı, insan səhhətinə də ziyandır.
İstənilən halda yolu keçərkən təhlükəsizliyi təmin etmək üçün 3-4 dəqiqəlik də olsa, qulaqcığı çıxarın ki, xoşagəlməz hadisə ilə üzləşməyəsiniz.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












