Yol polisi yük maşınlarına nəzarəti gücləndirdi - XƏBƏRDARLIQ - VİDEO

Bakıda iri qabaritli yük maşını saatda 100 kilometrdən yüksək sürətlə hərəkət edib. Avtosfer.az-ın məlumatına görə, görüntü paytaxtın əsas küçələrindən biri olan Babək prospektində lentə alınıb. Sol zolaqda hərəkətin iri qabaritli yük maşınları üçün qadağan olunmasına baxmayaraq, sürücü bütün yolu bu zolaqda hərəkət edib. Üstəlik, şəhəriçi sürət məhdudiyyətinə də məhəl qoymadan yoluna davam edən yük avtomobilinin bort platformasından yola daş-çınqıl tökülür.
Ümumiyyətlə, son zamanlar sosial şəbəkələrdə yük avtomobillərinin qayda pozmaları videolarına çox rast gəlinir. Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən isə bildirdilər ki, yük avtomobilləri yollarda qaydalara uyğun hərəkət etmədikdə digər nəqliyyat vasitələrindən rahatlıqla seçilir və elektron qaydada sənədləşdirilir.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin bölmə rəisi Vaqif Əsədov sosial şəbəkələrdə yayılan həmin görüntüyə aydınlıq gətirib.
Bu cür qayda pozuntusuna görə sürücülər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə aşılan sürət həddindən asılı olaraq cərimələnir.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












