Yol polisindən toy karvanları ilə bağlı XƏBƏRDARLIQ

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi toy mövsümünün başlanması ilə əlaqədar sürücülərə xəbərdarlıq edib. Avtosfer.az xəbər verir ki, bu barədə idarənin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov Trend-ə deyib ki, bəy-gəlin cütlüyünü müşayiət edən avtomobil karvanlarında xeyli xətalar baş verir: "Ona görə həm xəbərdarlıq, həm də tələb edirik ki, toy karvanlarında nizam-intizama riayət edilsin, yol-hərəkət qaydaları pozulmasın. Nəqliyyat vasitələrinə müxtəlif bəzək əşyaları vurarkən dövlət nömrə nişanları görünmür. Eyni zamanda dövlət nömrə nişanının üzərinə "dostum evlənir" və yaxud bəy-gəlinin adını yazmaq inzibati xəta tərkibi yaradır. Diqqətli olun, belə hallara yol vermək olmaz. Sonra deyilməsin ki, "bizim mentalitetimiz budur, gəlin aparırıq, yaxud gənclər ailə qurur, olar". Gənclər ailə qursa belə, hər şey qanunvericiliyin tələbinə uyğun olmalıdır".
V.Əsədov həmçinin bəy-gəlin avtomobilini müşayiət edən sürücülərə yolda hərəkət zolaqlarını lüzumsuz olaraq tutmamaları barədə xəbərdarlıq edib: "Sürət həddini aşmasınlar, səs siqnallarından istifadə etməsinlər, başqalarının hərəkətinə mane olmasınlar. Ərazidə əməkdaşlarımız olmasa da, kameralar vasitəsilə bu xətalar qeydə alınır və tədbirlər görülür".
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












