Yol qəzalarının 67 faizi...

"Paytaxtın inzibati ərazisinə düşən küçə və prospektlər üzrə 80-ə yaxın yeraltı, yerüstü piyada keçidləri var. Bu gün bu keçidlərin tikilməsi davam edir". Bu barədə Sputnik Azərbaycan-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib. Onun sözlərinə görə, hadisələri təhlil edərkən piyadaların vurulması halları çoxluq təşkil edir. Belə ki, avtomobil qəzalarının 67 faizini piyada vurmalar təşkil edir ki, əksər qəzalar piyada keçidlərinin yaxınlığında baş verir: "Bu da sürücü diqqətsizliyi və piyada səhlənkarlığından irəli gəlir. Bakı şəhər üzrə ən böyük problemimiz sürücü-piyada münasibətlərində gərginliyin davam etməsidir. Piyada zolaqları ilə, avtomobil yollarının kəsişdiyi yollarda pik saatlarda süni sıxlığın yaranmaması üçün piyadalar sürücüləri, sürücülər də piyadaları başa düşməlidir. Hal-hazırda bu proses sürücülər tərəfindən yüksək səviyyədə yerinə yetirilir, amma piyada ayağını yola qoyan kimi sürücü dayanır".
V. Əsədov bildirir ki, piyadalar tərəfindən yolu keçərkən, qulaqcıq, telefon, diqqət yayındıran digər vasitələrdən istifadə edilir. Piyadaların sağa-sola baxmadan "avtomobil məni görməlidir" düşünərək hərəkət etmə faktları çoxluq təşkil edir: "Buna görə də biz fəaliyyəti gücləndirməliyik. Piyadalar diqqətli olmalı, xüsusi piyada zolaqlarından keçməli, keçərkən yola diqqət etməli, işıqforun işıqlarına diqqət etməli, yeraltı və yerüstü keçidlərdən istifadə etməlidir".
Əsədovun sözlərinə görə, ölkədə yol infrastrukturu inkişaf etdiyi üçün artıq 120-lik yollar var. Aeroport yolu, kənar dairəvi yol, Bakı-Hövsan beton yolu 120-lik yoldur. Bu da ölkədə müasir avtomobil yollarının olması deməkdir. Və buna görə də piyadalar diqqətli olmalıdır.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










