Yol qəzasında ayağını itirib, görün hansı adla dilənçilik edir - FOTO

Son günlər bir sıra xəbər saytlarında və sosial şəbəkələrdə 2003-cü ildə “Meşə qardaşları” adlı terrorçu dəstənin zərərsizləşdirilməsi zamanı guya əlil olmuş Adəm İnqilab oğlu İbrahimovun “Azadlıq” metrosunun qarşısında diləndiyini əks etdirən foto və video görüntüləri yayımlanır, onun baxımsız qaldığından bəhs edilir. Məsələni ictimailəşdirən təşkilatlara danışan A.İbrahimov Sərhəd Qoşunları sıralarında xidmət etdiyini və guya "əməliyyatda yaralandığını" bildirib. Bəzi saytlar isə onun Daxili Qoşunlarda xidmət etdiyi zaman yaralandığını yazıblar.
DSX-dən isə bildirilib ki, faktla bağlı araşdırmalar aparılıb. Məlum olub ki, A.İbrahimov Sərhəd Qoşunları sıralarında xidmət etsə də hər hansı əməliyyatda iştirak etməyib. Qeyd olunan “Meşə qardaşları” silahlılarının zərərsizləşdirilməsi zamanı yaralanmayıb. “Meşə qardaşları”nın zərərsizləşdirilməsi əməliyyatı 2002-ci ildə olub. 1986-cı il təvəllüdlü A.İbrahimov həqiqi hərbi xidmətə 2004-cü ilin iyul ayında çağırılıb və silahlı qüvvələrdən 2006-cı ilin yanvar ayında (1 il 6 ay xidmətdən sonra) heç bir xəsarəti olmadan tərxis edilib. O, 2009-cu ildə Rusiya Federasiyasında keçirdiyi avtomobil qəzası zamanı ayağını itirib.
DSX-nin apardığı araşdırma zamanı məlum olub ki, A.İbrahimov qeydiyyat yeri Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi 9 saylı yataqxana olsa da o, bu ünvanda yaşamır.
İctimai təşkilatlardan, KİV-lərdən və social şəbəkələrin səhifə adminlərindən bu tip hadisələri yaymazdan öncə dəqiqləşdirmələri tövsiyyə olunur.
Elmin
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?











