Yol xətləri sürüşkənlik yaradır? - 25 faiz sürüşür

Sosial şəbəkələrdə asfalt və beton yolların üzərinə çəkilən nişanlama xətlərinin sürüşkən olduğu və bunun qəza hallarının artmasına gətirdiyi iddia edilib. Bu iddia həqiqətdirmi? Məsələ ilə bağlı Modern.az-a danışan “Azəravtoyol” ASC-nin ictimaiyyətlə əlaqədar şöbəsinin rəisi Anar Nəcəfli deyib ki, avtomobil yollarına vurulan boyalar sırf avtomobil yolları üçün nəzərdə tutulmuş boyalardı. “Həmin boyaların tərkibində kimyəvi qatqılar var ki, boyanın sürüşkənliyinin qarşısını alır. Həmin boyalarda sürüşkənlik heç də normadan artıq deyil. Boyaların normal hava şəraitində sürüşkənliyi ümumiyyətlə olmur. Həmin boyalar asfalt, beton örtüyü ilə eyni səviyyədə olur. Təbii ki, yağış, qar yağarkən asfalt, beton örtüyündə sürüşkənlik necə artırsa, boyaların üzərində də eyni dərəcədə artıq”.
A.Nəcəfli deyib ki, boyaların yenilənməsi müəyyən bir müddətsən sonra həyata keçirilir. “Əsasən payız-qış mövsümündən sonra həmin boyalar yenidən rənglənməlidir. Çünki istər-istəməz yağış, qar yağarkən və üzərindən intensiv hərəkət olarkən boyaların rəngi solmağa başlayır”.
Avtosfer.az bildirir ki, dünya təcrübəsinə görə yollarda istifadə olunan boyalar asfalta nisbətən 25 faiz sürüşkən ola bilər.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










