Yolda qalan sərnişinlər - bu vəziyyətlərdə qanun nə deyir? -VİDEO

Bəzi hallarda avtobuslarda texniki nasazlıq yarandıqda və ya yüngül qəza keçirdikdə sərnişinlər avtobusdan boşaldılır. Belə vəziyyətlərdə isə onlar başqa marşrut avtobuslarından istifadə etmək məcburiyyətində qalırlar. Nəticədə də onlara gedəcəkləri ünvan baha başa gəlir. Bəs bu vəziyyətlərdə qanun nə deyir? Texniki nasazlıq və ya hər hansı qəza səbəbindən yolda qalan sərnişinlər biletin pulunu tam ödədikləri halda ünvana çatmırlar. Onlar sürücüdən bilet pullarını qaytarmasını istəyiblər, ancaq qarşı tərəf bu tələbə məhəl qoymayıb. Bu tipli hadisələr xüsusilə də rayonlararası marşrut avtobuslarda yaşandıqda sərnişinlərə daha çox ziyan dəyir. Sərnişinlər həm əlavə xərcə düşürlər, həm də vaxt itirirlər.
Mülki Məcəlləyə görə, sərnişinlər belə vəziyyətlərdə ödədikləri pulun müəyyən hissəsini sürücüdən və ya marşrutun aid olduğu şirkətdən geri tələb edə bilərlər.
Bundan başqa, sərnişindaşıma ilə məşğul olan sahibkar yolda qalan sərnişinlərin daşınması üçün əlavə avtobus xəttə buraxmalıdır. Belə hadisələr marşrut avtobusları ilə yanaşı, taksilərdə də yaşanır. Bu vəziyyətlərdə də qanun sərnişinlər tərəfindədir. Bəs sərnişindaşıma ilə məşğul olan sahibkar sərnişinlərə dəymiş ziyanı ödəmədikdə onu hansı cəza gözləyir?
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










