Yollar niyə təmizlənmir?

Ölkənin paytaxtı ilə yanaşı, əyalətlərinə də intensiv qar yağıb. Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki, Tovuza ötən gündən başlayaraq güclü yağan qar gecə saatlarında daha da şiddətlənib. Rayon mərkəzində qarın qalınlığı 30-45 santimetr, dağlıq ərazilərdə isə yarım metrə yaxın olub. Kəndlərlə əlaqə çətinləşdiyindən sakinlər rayon mərkəzinə piyada gəlmək məcburiyyətində qalıb. İş vaxtı olmasına baxmayaraq hətta səhər saatlarında rayon mərkəzindən başqa küçələrdə qarın təmizlənməsi gözə dəyməyib. Sadəcə dəmir yolu idarəsinin əməkdaşları relslərin təmizlənməsinə cəlb edilib. Buna görə də sakinlər küçələri özləri təmizləməli olublar.
Yollar buz bağladığından avtomobillərin hərəkəti çətinləşib. Məsələ ilə bağlı Tovuz Rayon Mənzil Kommunal Təsərrüfat Istismar İdarəsi birliyinin sahə rəisi Etibar Məmmədov əməkdaşımızla söhbətində bildirib ki, rayon ərazisində bütün küçə və prospeklər, yollar qardan təmizlənib. Hazırda sakinlərinin hərəkəti ilə bağlı problem yoxdur. Ancaq rayonda qar təmizləyən maşınlar olmadığından işlər ləngiyir. Sakinlərlə apardığımız söhbət zamanı isə onlar vəziyyətin fərqli olduğunu bildirdilər. Gün ərzində də şaxtanın davam edəcəyini nəzərə alsaq təhlükə hər an qaçılmazdır.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı















