Yollardakı nişanlama xətləri qəzaya səbəb ola bilər - VİDEO

Yağışlı havada yüksək sürətdən başqa, yol cizgi xətləri də qəzalara səbəb ola bilər. Avtosfer.az-ın məlumatına görə, son günlər sürücülər sosial şəbəkələrdə belə bir məlumat yayıblar ki, yollarda xətlərin üstündən keçən zaman avtomobilin təkərlərinin sürüşdüyünü hiss edirlər. Bu hal motosikletlə çox yüksək sürətdə gedəndə daha aydın hiss olunur.
Sözügedən nüansı hiss edən sürücülərin sayı heç də az deyil. Bir neçə sürücü bu halı dəfələrlə müşahidə etdiklərini deyirlər.
Məsələ ilə bağlı yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirdi ki, bu, tək Azərbaycanın problemi deyil. Dünya təcrübəsində də yol cizgi xətləri və piyada zolaqlarının yağışlı havada sürüşkən olması barədə məlumatlar var. Ekspert sürücülərə yolda hərəkət zolağını dəyişərkən bir qədər ehtiyatlı olmalarını, xətlərin üzəri ilə maksimum dərəcədə az hərəkət etmələrini tövsiyyə edir. Əks halda, yağışlı havada yoldakı zolaq qəzaya səbəb ola bilər.
BəsŞ Bakıda yollar rənglənən zaman hansı boyalardan istifadə olunur? Məsələ ilə bağlı "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirdi ki, həmin xətlərin çəkilməsində istifadə edilən boya məhz yol üçün nəzərdə tutulub.
Amma müşahidələr onu göstərir ki, yollarda nişanlanma xətləri çəkildikdən bir neçə ay sonra ya ümumiyyətlə silinir, ya da ki, tez solur. Bu da boyanın təkərə ilişmə faizinin standartlara cavab verib-vermədiyini sual altında qoyur.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












