Yük maşınları görün nə oyunlardan çıxır – 60 ton yük, bağlı nömrə... - FOTOLAR

Bəzi saytlarda müxtəlif tikinti materiallarını daşıyan yük avtomobili sürücülərinin paytaxtın Qaradağ rayonu ərazisində yerləşən DYP-nin stasionar postunda əsassız olaraq saxlanılıb incidilmələri barədə məlumatlar yayılıb. Bildirilir ki, guya həmin sürücülər qaydalara tam əməl etdikləri halda cərimə olunurlar və ya başqa süni problemlərlə üzləşirlər. Avtosfer.az məsələ ilə bağlı DİN Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyevə müraciet edib. Şöbə rəisi bildirib ki, DYP bu müraciətlərdən xəbərdardır: "Lakin nədənsə bu “narazı” sürücülərdən heç birinin nə adı, nə də soyadı göstərilməyib və onlardan bir nəfər də olsun yazılı və ya şifahi şəkildə Baş DYP İdarəsinə müraciət etməyib. Görünür, həmin sürücülərin rəsmi qaydada müraciət etməmələrinin səbəbi mətbuat vasitəsilə YPX əməkdaşlarına təsir etməkdir ki, bununla da öz məqsədlərinə nail olsunlar, yəni kefləri istədikləri qaydada, istədikləri çəkidə yük daşısınlar. Əlbəttə, 40 ton əvəzinə 60 ton, bəzən daha artıq yük daşıyan belə sürücüləri asfalt örtüyünün dağılması, yolların vaxtından əvvəl sıradan çıxması və ümumilikdə, yollarda təhlükəsizlik məsələləri düşündürmür. Sözsüz ki, bu niyyətlə qabaqdangəlmişdik edərək polis əməkdaşına qara yaxmağa cəhd göstərən şəxslər nə öz məqsədlərinə çata, nə də tutduqları əmələ görə məsuliyyətdən yayına da bilməyəcəklər".
Kamran Əliyevin sözlərinə görə, bu anonim şikayətçilər bilməlidirlər ki, yol təhlükəsizliyinin təmin olunması naminə külli miqdarda dövlət vəsaiti hesabına tikilən yolların dağılmasına DYP əməkdaşları göz yummayacaq və buna imkan da verməyəcəklər: "Məsuliyyətə cəlb olunmamağın yeganə yolu yol hərəkəti sahəsindəki qanunvericiliyin tələblərinin yerinə yetirilməsidir.”
DYP tərəfindən Avtosfer.az-a təqdim olunan sənədlərin surətlərindən də görünür ki, yükdaşıma qaydalarını pozaraq dövlət qeydiyyat nişanlarının üstünü palçıqla örtən, normadan artıq yük daşıyan sürücülər məsuliyyətdən kənarda qalmırlar. Fotolara diqqət etdikdə məlum olur ki, yük avtomobillərinin sürücüləri nömrənin üstünü palçıqla süni şəkildə bağlayıblar. Bununla onlar sığortasız, eləcə də kəməri taxmadan maşın sürərkən kameraya, eləcə də sürət həddini aşdıqda radara düşmür. Bundan əlavə, həmin avtomobillərin yük tutumu 40 ton müəyyən edilsə də, 60 tondan çox yük vururlar. Beləliklə də, qayda pozmaqla yanaşı, yolları dağıdırlar və məsuliyyətdən kənarda qalmağa çalışırlar.
Elməddin
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
















