“Zapravka”larda aldanırıqmı? - Benzinin keyfiyyəti haqda rəsmi

Yanacaqdoldurma məntəqlərindən razı qalanlar da var, narazı olanlar da. Əksər şikayətlər həmin məntəqələrdəki avadanlıqların düzgün işləməməsi, daha doğrusu sahibkarlar tərəfindən müştərinin ziyanına olaraq düzgün işlədilməməsi ilə bağlı olur. Avtosfer.az arbtv-yə istinadən xəbər verir ki, məsələyə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat katibi Fazil Talıblı münasibət bildirib: “Standartlaşdırma komitəsi dəfələrlə yanacaqdoldurma məntəqələrində istismar olunan avadanlıqların dəqiq işləməsi ilə maraqlanıb. Həm maarifləndirmə işləri həyata keçirilib, həm də görüşlər olub”.
Sürücülər həm də benzinin keyfiyyətindən narazıdırlar. Fazil Talıblı isə benzinin keyfiyyəti ilə bağlı bunları söyləyib: “Sumqayıtda yerləşən neft məhsullarının sınağı lobarotoriyasında yoxlama həyata keçirilir, sınanır. Hər şey bütün standartlara uyğun aparılır. Yanacaqdoldurma məntəqəsində istismar olunan ölçmə cihazı ildə iki dəfədən az olmayaraq yoxlanılmalıdır. Azərbaycanda yoxlamanı akkreditasiya olunmuş laboratoriyalar həyata keçirir. Hər bir vətəndaşın borcudur ki, həmin laborotoriyalara yaxınlaşıb öz ölçmə cihazlarını yoxlayıb, müvafiq dövlət etalonları ilə tutuşdurub dəqiqliyinə əmin olsun. Komitənin qaynar xətti daima açıqdır. Hər hansı bir şikayətdə əlaqə saxlanıla bilər”.
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı
Gündüz fənərlə gəzən şəkililər - FOTOLAR
""Onsuz da günah sürücüdə olacaq" düşüncəsi piyada ölümlərinin artmasına səbəb olur" - Elməddin Muradlı
Sığorta bazarında 22 mlyonluq yeni dövriyyə – 100 manatdan 600 manata artım
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?










