Zibil qabları yolların hərəkət hissəsində - Həm tıxac, həm də təhlükə yaradır - VİDEO

Bakının Yasamal və Xətai rayonlarında zibil qabları əsas yolların bir neçəsində səkiyə deyil, düz avtomobillərin hərəkət edən hissəsinə qoyulub. Bu isə yolda hərəkəti məhdudlaşdırmaqla yanaşı zibillərin tökülüb qalmasına da səbəb olur .Yolun hərəkət hissəsinə qoyulan zibil qabları sürücülərlə yanaşı sakinlərin də həyatını təhlükəyə atır. Çəkiliş apardığımız vaxt günün pik saatları olmasa belə, zibil qabları yolda hərəkəti çətinləşdirərək sıxlığa səbəb olurdu. Zibil atmaq istəyənlərin işi isə çətin idi. Vətəndaşlarla yanaşı sürücülər də zibil qablarına görə tıxacların yaranmasından narazıdır. Onlar gecələr qaranlıqda zibil qablarının görünməsini ciddi təhlükə sayırlar.
Xətai rayonu 101 saylı MKİS-nin rəhbəri İsmayıl Ələkbərov bildirir ki, zibil qablarının yolda qoyulmasına səbəb gündəlik o qabları götürən zaman çətinliyin yaranmasıdır. Səkilər torpaq olduğundan zibil yeşiklərinin təkərləri tez-tez sıradan çıxır.
Yasamal rayonu üzrə aidiyyatı qurumun rəhbəri də zibil qablarının yollara qoyulmasını həmkarı ilə eyni səbəblə izah edir.
Görünən odur ki, zibil qablarının təkərlərinə görə həm sakinlər, həm də sürücülər hələ əziyyət çəkməkdə davam edəcək. Baxmayaraq ki, onların qoyulacağı bir neçə kvadrat metrlik yeri asfaltlayaraq problemi həll etmək mümkündür.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












