Zibil qablarından gələn üfunət metroya dolur - VİDEO

Bir tərəfdə metronun "İnşaatçılar" stansiyasının havalandırma şaxtası...Onun yanında isə içərisi tullantılarla dolu zibil qabları. Ətrafda isə çirkab tullantı suları və anti-sanitar mənzərə. Kadrlar paytaxtın Yasamal rayonu Şərifzadə küçəsində lentə alınıb. "İnşaatçılar" metrostansiyasının yaxınlığına metroda təmiz havanı təmin etmək məqsədilə quraşdırılan havalandırma şaxtasının ətrafı zibilxanaya çevrilib. Zibillərin bəzi hallarda vaxtında atılmaması və ətrafı cənginə alan tullantı sularının üfunəti vəziyyəti daha da acınacaqlı edir.
Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyir ki, həmin mənzərə birbaşa inzibati xətalar məcəlləsinə ziddir. Məcəlləyə əsasən, Metropolitenin havalandırma şaxtasının 25 metr yaxınlığına hər hansı bir zibil atmaq və ya tullantı yandırmaq qadağandır. Nəsimi Paşayev həmçinin bildirdi ki, bütün bu standartlar və sərnişinlərin şikayətləri nəzərə alınaraq hələ bir müddət əvvəl sözügedən problemin aradan qaldırılması üçün Yasamal rayon İcra Hakimiyətinə sorğu göndərilib.
Yasamal rayon 22 saylı mənzil istismar sahəsinin rəisi Məmməd Hüseynov isə zibil yeşiklərinin yerinin düzgün seçildiyini və bu yerin dəyişdirilməyəcəyini dedi.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












