88 nömrəli marşrut xətti üzrə BakuBus avtobusları işləyəcək

Martın 31-dən 88 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti “BakuBus” MMC-nin istismarında olan iritutumlu “İveco” markalı müasir və komfortlu avtobuslarla həyata keçiriləcək.
Bakı Nəqliyyat Agentliyindən Avtosfer.az-a verilən məlumata görə, 88 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində də müəyyən dəyişikliklər edilib.
Belə ki, avtobusların son dayanacaq məntəqəsi "Dərnəgül" Nəqliyyatı Mübadilə Mərkəzi müəyyən edilib.
Bununla yanaşı, küçənin ensiz olması səbəbindən 88 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar M.Qaşqay küçəsinin Ə.Qasımzadə və Akademik H.Əliyev küçələrinin kəsişməsinə qədər olan hissəsindən keçməyəcək. Alternativ olaraq avtobuslar 7-ci mikrorayon istiqamətində Ə.Qasımzadə, C.Hacıbəyli və Akademik H.Əliyev küçələri ilə hərəkət edəcəklər.
Həmçinin, 8 nömrəli marşrutun 88 nömrəli marşrutla müəyyən küçə və prospektlərdə eyni istiqamət üzrə fəaliyyət göstərməsini nəzərə alaraq 8 nömrəli marşrutun nömrəsinin dəyişdirilərək 88A nömrəsi altında fəaliyyət göstərməsi planlaşdırılıb.
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO
ADY və Hamburq Limanı əməkdaşlığı gücləndirir - FOTO
Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün YENİLİK
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO












