Aeroportda bu taksilər xidmət göstərəcək - FOTO

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Bakı Taksi Xidməti” MMC Bakı şəhəri və Abşeron yarımadası ilə yanaşı, Heydər Əliyev Beynəlxalq Aeroportundan şəhərin istənilən nöqtəsinə təhlükəsiz, komfortlu və taksometrlə təyin edilən standart qiymətlərlə sərnişin daşıma xidməti təşkil edir.
Nazirlikdən Avtosfer.az-a verilən məlumata görə, xidmət keyfiyyətinin yüksəldilməsi və təhlükəsizliyin təmin edilməsi üçün aparılan bir sıra islahatların nəticəsi olaraq Hava Limanı ərazisində yerli sakinlərə və turistlərə yalnız “Bakı Taksi Xidməti” MMC taksi fəaliyyəti göstərəcək. Müştərilərin sifarişinin rahat qəbul olunması üçün Aeroport daxilində məlumat stendi quraşdırlıb.
Taksilərin fəaliyyətinə nəzarət daha da gücləndirilib. “Taxometer” cihazı vasitəsilə müştəri yalnız qət etdiyi məsafəyə uyğun ödəniş edir. Taksi xidməti sahəsində ilk dəfə olaraq “Bakı Taksi Xidməti” MMC-nin sürücüləri xüsusi uniforma ilə təmin olunub. Eyni zamanda, işə xüsusi təlim keçmiş və əcnəbi qonaqlarla rahat ünsiyyət qurmaq üçün dil bilgisi olan şəxslər qəbul olunur.
Yeni fəaliyyətə başlayan “1848” Çağrı mərkəzi taksi xidmətindən istifadəni daha da rahatlaşacaq.
Namiq
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq















