Banner

ANS-in keçmiş işçisi bu televiziyaya direktor təyin olundu - YENİLƏNİB

Yeniliklər 5 Oktyabr 2026 15:00
ANS-in keçmiş işçisi bu televiziyaya direktor təyin olundu   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

Sevinc Tahirova "MTV Azərbaycan" telekanalının da nəzdində fəaliyyət göstərdiyi şirkətlərdən birinə icraçı direktor təyin olunub.

Avtosfer.az xəbər verir ki, bu barədə bu barədə "Yurd.Media"ya Sevinc Tahirova özü məlumat verib.

Sevinc Tahirova həmçinin, icraçı direktoru təyin edildiyi media və reklam şirkətinin "MTV Azərbaycan"la bağlı planlarını da açıqlayıb.

Onun sözlərinə görə, Azərbaycanda populyar musiqi və əyləncə kanallarından biri kimi tanınan kanal yeni mövsümdə efir siyasətində bir sıra yeniliklər etməyə hazırlaşır.

S.Tahirova qeyd edib ki, yeni mövsümdən etibarən kanalın efir setkasının daha da zənginləşdirilməsi, tamaşaçı marağına cavab verən yeni layihə və proqramların təqdim olunması nəzərdə tutulur. Bununla yanaşı, mövcud proqramların formatlarının yenilənməsi və efirdə daha dinamik, müasir məzmunların artırılması planlaşdırılır.

***09:56

“MTV Azərbaycan”a yeni İcraçı direktor təyin olunub.

Avtosfer.az xəbər verir ki, müvafiq əmrlə bu vəzifəyə Sevinc Tahirova təyin edilib.

Sevinc Tahirova sentyabr ayında “MTV Azərbaycan” telekanalının Marketinq Departamentinin rəhbəri vəzifəsinə təyin olunmuşdu.

O, bu vəzifəsinə qədər “VMF Company” şirkətində Marketinq və PR Departamentinin rəhbəri kimi fəaliyyət göstərib.

Əvvəlki illərdə ölkənin aparıcı televiziya kanallarında da fəaliyyət göstərən S. Tahirova, 2015–2016-cı illərdə ANS TV-də jurnalist, 2007–2010-cu illərdə isə Lider TV-də jurnalist və ictimaiyyətlə əlaqələr mütəxəssisi vəzifələrində çalışıb./Yurd.Media/

Sevinc Tahirova

Oxunub : 684
ŞƏRH YAZ
Ad

E-mail

Şərh