Aviadaşıyıcılarla bağlı yeni qayda ikinci oxunuşda təsdiq edildi

Azərbaycanın ərazisinə enəcək və ərazini tərk edəcək hava gəmisinin sərnişinləri və ekipajı barədə məlumatları müvafiq icra hakimiyyəti orqanlarına ötürməyən daşıyıcılar cərimələnəcəklər. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərdə əksini tapıb. Bu dəyişikliklərə əsasən, aviasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə daşıyıcılar Azərbaycanın ərazisinə enəcək və ərazini tərk edəcək hava gəmisinin sərnişinləri və ekipajı barədə verilməli olan məlumatların siyahısını biletin bronlaşdırıldığı (satıldığı) vaxtdan dərhal sonra və hər bir halda hava gəmisinə minik başlayanadək elektron formada müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Təqdim olunan qanun layihəsində həmin tələblərin pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulur. Sərnişinlər və ekipaj üzvləri barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə görə vəzifəli şəxslər 1500 manat, hüquqi şəxslər 3000 manat məbləğində cərimə ediləcəklər. Qanuna dəyişiklik səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO
ADY və Hamburq Limanı əməkdaşlığı gücləndirir - FOTO
Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün YENİLİK
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq












