Avtobus dayanacaqları ilə bağlı YENİLİKLƏR

Nazirlər Kabinetinin 4 mart 2019 tarixli 73 saylı qərarı ilə təsdiq edilən tələblərin bir qismi də avtobus dayanacaq məntəqələri ilə bağlıdır. Avtosfer.az xəbər verir ki, bu barədə Modern.az-ın sorğusunu cavablandıran Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib ki, avtobus dayanacaq məntəqələrinin növləri və ölçüləri, yerləşdirilməsi, təchizatı, reyestri kimi bütün vacib məsələlər bu tələblərdə öz əksini tapıb: “Tələblərin icrası sayəsində biz artıq paytaxtın inzibati ərazisində avtobus dayanacaq məntəqələri ilə bağlı çatışmazlıqların tamamı ilə aradan qaldırılmasına nail olacağıq. Həmçinin avtobus dayanacaq məntəqələrinin bu tələblərə uyğun təşkili hərəkətin təhlükəsizliyi və nəqliyyat vasitələrinin maneəsiz axınının təmini baxımında müsbət nəticələr əldə etməyə imkan verəcək.
Qeyd edim ki, bu günə qədər BNA tərəfindən təşkil edilən avtobus dayanacaq məntəqələri bu tələblərə tam uyğundur”.
M.Ağayev qeyd edib ki, BNA tərəfindən Bakı şəhərində 200-ə yaxın dayanacaq məntəqəsi təşkil edilib: “Onların bir qismi vətəndaş müraciətləri, bir qismi isə aparılan təhlillər nəticəsində təşkil edilib. Bununla yanaşı ötən dövr ərzində BNA tərəfindən 50 yerdə cib tipli avtobus dayanacaq məntəqəsi təşkil edilib. Yenilərinin təşkil edilməsi ilə yanaşı, mövcud avtobus dayanacaq məntəqələrinin bu tələblərə uyğunlaşdırılması istiqamətində də intensiv işlər görülməkdədir”.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












