Avtobus istehsalı zavodunun inşası gələn il başa çatdırılacaq

Hacıqabul Sənaye Məhəlləsində avtobus istehsalı zavodunun təməli bu il qoyulacaq və müəssisənin tikintisi gələn ilin sonuna qədər yekunlaşacaq. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərmaş" ASC-nin İdarə Heyətinin sədri Emin Axundov bildirib. “İlkin mərhələdə zavodda həm Avropa, həm də Asiya ölkələrinə məxsus ildə 500 avtobusun istehsalı nəzərdə tutulub. Müəssisə təxminən 5 hektar ərazidə fəaliyyət göstərəcək və 100 nəfəri işlə təmin edəcək. Layihənin dəyəri dəyəri 11 mln. manatdır. Bununla yanaşı, Neftçala Sənaye Məhəlləsində avtomobillərin ehtiyat hissələri də iustehsal ediləcək. Bu layihənin dəyəri isə 7 mln. manat və 70-ə yaxın insanın işlə təmin olunmasına imkan verəcək. “Azərmaş”ın avtobus zavodunda payı 25%, ehtiyat hissələri layihəsində payı isə 50% olacaq”, - deyə o, qeyd edib.
E.Axundovun sözlərinə görə, Azərbaycanda istehsal olunacaq avtobuslar həm maye qaz, həm də dizel yanacağı ilə işləyəcək. “Bunlar kiçik və böyük tutumlu avtobuslar olacaq. Onların ölkə daxilində istifadə olunması ilə bağlı aidiyyatı qurumlarla danışıqlar gedir. Avtobusların qiyməti yelri istehsal olduğu üçün aşağı olacaq. Onların əsasən qonşu ölkələrə ixracı nəzərdə tutulur”, - deyə o, qeyd edib.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












