AYNA bu küçədə hərəkətin təşkilində yenilik edəcək - SÜRÜCÜLƏRƏ ŞAD XƏBƏR - VİDEO

Sürücülər üçün uzun müddətdir təhlükəli hesab olunan paytaxt yollarından birində dəyişiklik ediləcək.
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb. Qeyd edilib ki, yol hərəkəti təhlükəsizliyininin artırılması və nəqliyyat axınlarının nizamlanması məqsədilə Koroğlu Rəhimov küçəsində hərəkətin təşkilində dəyişikliklər edilir. Agentliyin yaydığı videoda dəyişikliklə bağlı məlumat verən mətbuat katibi Tural Orucov bu küçədə uzun müddətdir mövcud olan problemli nöqtələrin nəqliyyat axınına mənfi təsir göstərdiyini bildirib.

“Həsən Əliyev küçəsi istiqamətində cəmi 2 hərəkət zolağının olması böyük axının həcmini qarşılamır, avtomobillərin hərəkətində ləngimələrə səbəb olur və sıxlıq yaranır. Digər tərəfdən, Koroğlu Rəhimov küçəsi ilə Həsən Əliyev küçəsi istiqamətində hərəkət edən sürücülərin “Gənclik” metrostansiyasına tərəf dönmək tələbi yüksək olduğundan və birbaşa o istiqamətdə hərəkət etmək imkanları olmadığından, avtomobillər alternativ yollarla daha uzun məsafə qət edir, yan küçələr də yüklənir.
Nizamlanmayan piyada keçidi isə pik saatlarda hərəkətə daha bir mənfi təsir göstərən amil olmaqla yanaşı, həm də piyadaların təhlükəsiz keçidini təmin etməyə imkan vermir. Parkın digər tərəfində istifadə olunmayan yolun və ümumi yol infrastrukturunun bəzi elemetlərinin səmərəli istifadəsi, yol hərəkətində dəyişikliklər və nizamlanan piyada zolaqlarının istifadəsi nəticəsində avtomobillərin sürətli və fasiləsiz hərəkətinin, piyadaların isə rahat və təhlükəsiz keçidinin təmin edilməsi nəzərdə tutulur.

Görüləcək işlər nəticəsində yol şəbəkəsinin buraxıcılıq qabiliyyəti artırılacaq, nəqliyyat şəraiti və əlaqələndirmə imkanları yaxşılaşacaq. Sürücülərin dəyişikliklərə rahat uyğunlaşması və gedəcəkləri istiqamətləri əvvəlcədən müəyyən etmələri üçün ərazidə müvafiq yol nişanları və məlumat lövhələri quraşdırılacaq. Qeyd edək ki, bu həll Bakının “rəqəmsal əkiz”i vasitəsilə yoxlamalardan keçirilib və simulyasiyalar nəticəsində layihə hazırlanıb. Sürücülərin rahatlığına hesablanan bu layihəni diqqətinizə çatdırırıq. Videoçarxda tətbiq olunacaq yeniliklərlə tanış ola bilərsiniz”.
Dəyişikliklərin necə olması ilə bağlı əyani təsəvvür üçün videonu izləyin:
Səfər
Laçın dağlarında böyük yol tikintisi – Görüntülər YAYILDI – VİDEO
Azərbaycanın Suriyaya yeni nəqliyyat bağlantısı yarana bilər? – 800 milyon dollarlıq layihə
DSX-də generalların yeri dəyişdi - Müzəffər Pirizadə Elçin Quliyevin müavini oldu
Bakıda 6 ekspres marşrut fəaliyyətə başladı - İlk və son dayanacaqlar - VİDEO
Sabahdan ekspres marşrutlar fəaliyyətə başlayır - VİDEO
Naxçıvan dəmir yolu Ermənistan sərhədinə çatır: Böyük layihənin DETALLARI
“Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaq” - VİDEO
Metrodakı yenilik: "Taksilərə tələb artacaq, tıxac yaranacaq"
Belçikadakı səfirimiz geri çağırıldı - YENİ TƏYİNAT
“28 May”–“Nizami” istiqamətində yeni ekspres avtobuslar işə düşür: Gedişhaqqı açıqlandı
Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək - YENİ QAYDALAR










