AZAL-dan Mərkəzi Asiya və Yaxın Şərq şəhərlərinə aviabiletlərə endirim kampaniyası!
Azərbaycanın milli aviadaşıyıcısı AZAL Bakıdan Ciddə, Bəhreyn, Daşkənd, Ürgənc və Bişkek istiqamətləri üzrə uçuşlara sərfəli tariflər təklif edərək yeni aksiyaya start verir.
Bu barədə Avtosfer.az-a "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən məlumat verilib.
Kampaniya çərçivəsində xüsusi qiymətlər noyabrın 25-nə kimi əldə edilən aviabiletlərə tətbiq edilir. Həmçinin yüksək tələbat dövrləri istisna olmaqla, aviaşirkətin 25 oktyabr-25 noyabr 2024-cü il tarixlərində həyata keçirəcəyi reyslərinə şamil olunur.
Təklif bu şəhərlərə səyahətinizi əlverişli qiymətlərlə planlaşdırmaq imkanı yaradır.
Aksiya çərçivəsində aşağıdakı qiymətlər təklif olunur:
Bakı-Ciddə:
- bir tərəfə 119 €-dan;
- gediş-dönüş 209 €-dan.
Ciddə-Bakı:
- bir tərəfə 129 $-dan;
- gediş-dönüş 229 $-dan.
Bakı-Bəhreyn:
- bir tərəfə 99 €-dan;
- gediş-dönüş 179 €-dan.
Bəhreyn-Bakı:
- bir tərəfə 99 $-dan;
- gediş-dönüş 189 $-dan.
Bakı-Daşkənd:
- bir tərəfə 99 €-dan;
- gediş-dönüş 179 €-dan.
Daşkənd-Bakı:
- bir tərəfə 99 $-dan;
- gediş-dönüş 189 $-dan.
Bakı-Ürgənc:
- bir tərəfə 99 €-dan;
- gediş-dönüş 169 €-dan.
Ürgənc-Bakı:
- bir tərəfə 89 $-dan;
- gediş-dönüş 179 $-dan.
Bakı-Bişkek:
- bir tərəfə 99 €-dan;
- gediş-dönüş 179 €-dan.
Bişkek-Bakı:
- bir tərəfə 99 $-dan;
- gediş-dönüş 189 $-dan.
Bakıdan Ürgənc və Bişkekə reyslər həftədə 1 dəfə, Bəhreynə - həftədə 2 dəfə, Ciddəyə - həftədə 3 dəfə, Daşkəndə isə həftədə 4 dəfə həyata keçirilir.
AZAL-ın xüsusi təklifindən yararlanaraq Şərqin əfsanəvi şəhərlərinə sərfəli səyahətinizi planlaşdırmaq şansını qaçırmayın!
Bakının bu prospektində yeni radar QURAŞDIRILDI
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO












