Banner

"Azəravtoyol" BNA-nın gördüyü işi öz adına çıxardı - FOTO - VİDEO

Yeniliklər 28 Mart 2019 19:02 Oxunub 1334
"Azəravtoyol" BNA-nın gördüyü işi öz adına çıxardı - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bir həftə əvvəl BNA məlumat yaymışdı

Təxminən bir həftə əvvəl Bakı Nəqliyyat Agentliyi məlumat yayaraq bildirmişdi ki, Nobel prospektinin Həzi Aslanov və Sadıqcan küçələri ilə kəsişməsində təşkil edilən sola və ya geriyə dönmə yerləri nəqliyyat vasitələrinin hərəkəti üçün açılıb. Svetoforla nizamlanan geriyə dönmə yerlərinin ətrafında piyada keçidləri də təşkil edilib. Artıq prospektin qeyd edilən hissələrində piyadalar rahat və təhlükəsiz şəkildə qarşı tərəfə keçə bilərlər. Hərəkətin tənzimlənməsi üçün geriyə dönmə yerlərinin ətrafında müvafiq yol nişanları qoyulub və nişanlanma işləri aparılıb.

Avtosfer.az xəbər verir ki, bu gün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi eyni tipli məlumat yayaraq gğrülən işləri öz adına çıxarıb. Agentliyin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ərazidən videoçəkiliş də edəək paylaşıb. AAYDA-nın yaydığı məlumatda bildirilir ki, Bakı şəhərinin küçə və prospektlərində tıxacların və sıxlığın aradan qaldırılması məqsədi ilə Azərbaycan Avtomoil Yolları Dövlət Agentliyinin mütəxəssisləri Bakı Nəqliyyat Agentliyi və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ilə birgə mütəmadi olaraq paytaxtın daha çox tıxac və sıxlıq müşahidə olunan ərazilərində araşdırmalar aparır və müvafiq təkliflər hazırlayırlar.

Son vaxtlar Xətai rayonu, Nobel prospekti ilə Ramiz Quliyev küçəsinin kəsişməsində - “Nargilə dairəsi” adlanan ərazidə müşahidə olunan tıxac və sıxlığın aradan qaldırılması və nəqliyyat yükünün azaldılması məqsədi ilə aidiyyəti qurumlarla aparılan birgə araşdırmalar nəticəsində hazırlanmış təkliflər Bakı Nəqliyyat Agentliyi tərəfindən Nazirlər Kabinetinin Yol Hərəkəti Komissiyasına göndərilib. Hərəkətin təşkilində dəyişiklik edilməsi üçün Komissiyanın müvafiq Qərarına əsasən Azərbaycan Avtomoil Yolları Dövlət Agentliyi tərəfindən Həzi Aslanov, Əhmədli və Günəşli qəsəbələrinə alternativ hərəkət şəraitinin yaradılması ilə əlaqədar 2 yerdə (Nobel prospektinin 7-ci dairəvi küçəsi ilə, Zığ şossesinin Sadıqcan küçəsi ilə kəsişməsində) işıqfor nizamlanması tətbiq etməklə sola və geriyədönmə yerlərinin təşkil edilməsi işlərinə başlanılaraq qısa müddət ərzində yekunlaşdırılıb. Hal-hazırda Nobel prospekti ilə 7-ci dairəvi küçəsinin kəsişməsində (Həzi Aslanov qəsəbəsi) və Zığ şossesi ilə Sadıqcan küçəsinin kəsişməsində (Əhmədli qəsəbəsi) işıqforla tənzimlənən sola və geriyə dönmə yerləri təşkil olunub. Hərəkətin tənzimlənməsi məqsədi ilə sözügedən hissələrdə yol nişanları quraşdırılıb, nişanlanma xətləri və piyada zolaqları çəkilib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh