Azərbaycanda avtobuslarda çay, qəhvə və WI-FI PULSUZ OLDU

Bakı Beynəlxalq Avtovağzal Kompleksi sərnişinlərin rahatlığını təmin etmək üçün yeniliklər edir. Avtovağzal Kompleksinin rəhbərliyi daşıyıcı şirkətlərlə mütəmadi danışıqlar aparır, sərnişinlərin təhlükəsiz və rahat şəraitdə səfərini təmin etmək üçün tələblər qoyur. Artıq bir neçə müddətdir ki, uzaq yola çıxan reyslərdə vətəndaşlara yol boyu pulsuz və limitsiz çay, qəhvə, meyvə şirəsi və eləcə də WI-FI xidməti verilir.
Bu barədə Avtosfer.az-a Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova məlumat verib. O bildirib ki, uzun məsafəyə gedən avtobusların təxminən 90%-i sərnişinlərə əlavə xidmətlər göstərir.
“Bakı Beynəlxalq Avtovağzalının qarşısında duran əsas məsələlərdən bir ilk növbədə bilet sistemini şəffaflaşdırmaq, sərnişinlərin biletləri kassalardan almasına şərait yaratmaq idi. Artıq sərnişinlə sürücü arasında bu məsələ ilə bağlı heç bir dialoq yoxdur.
Bugün əminliklə deyə bilərik ki, hazırda kassalardakı bilet satışında heç bir problem yaşanmır. Hazırda vətəndaşlar həm avtovagzal.az saytından online şəkildə, həm də avtovağzaldakı kassalara yaxınlasıb istər öncədən satış kassalarından (10 gün öncədən satış başlayır), istərsə də həmin gün üçün bilet əldə edə bilərlər. Sərnişinlərin gedəcəyi istiqamət üzrə biletlərin qiymətləri kassanın üzərində, eləcə də monitorlarda əks olunub. Gözləmə zallarımızda da sərnişinlər üçün şərait yaradılıb. Hansı ki, səfəri bir neçə saat sonraya olan sərnişinlər rahat şəkildə orada gözləyə bilərlər. BBAK hazirda xidmət səviyyəsini yüksəltmək, sərnişinlərin rahat və təhlükəsiz şəkildə səfərini təmin etmək üçün addımlar atır”.
Pərvin xanım həmçinin yaxın günlərdə başqa yeniliklərin olacağını əlavə etdi.



Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












