Azərbaycandan keçməklə Ermənistana taxıl daşıyan yük qatarı Biləcəriyə çatdı - FOTOLAR - YENİLƏNİB

Qazaxıstandan Ermənistana göndərilən taxıl məhsullarını daşıyan yük qatarı Bakının Biləcəri stansiyasından yola salınıb.
Avtosfer.az xəbər verir ki, qatar Biləcəri-Hacıqabul-Böyük Kəsik marşrutu ilə hərəkətini davam etdirəcək. Böyük Kəsik stansiyasından Gürcüstana, oradan da Ermənistana keçəcək.
***10:11
Azərbaycandan tranzitlə Ermənistana gedən Qazaxıstan taxılı ilə yüklü 15 vaqon Biləcəri Dəmiryolu Stansiyasına çatıb.
Avtosfer.az xəbər verir ki, bu yük qatarı Yalama-Biləcəri-Hacıqabul-Böyük Kəsik marşrutu üzrə daşınır.
Daha sonra bu qatar Gürcüstana, oradan isə Ermənistanın Dalarik stansiyasına gedəcək.
Qeyd edək ki, noyabrın 4-də saat 00:15-də Rusiya Federasiyasından Azərbaycan və Gürcüstandan tranzit keçməklə ümumi çəkisi 1 048,8 ton olan buğda yüklü 15 ədəd vaqon rəsmiləşdirilərək Ermənistanın Dalarik stansiyasına yola salınmışdı.
Xatırladaq ki, Prezident İlham Əliyev Ermənistana yük tranziti ilə bağlı məhdudiyyətlərin aradan qaldırıldığını Qazaxıstanda verdiyi bəyanatda qeyd etmişdi.


Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO
Avtobusla gedənlərə ŞAD XƏBƏR: Yeni üstünlük gəldi - FOTO
Orta əsrlərdən qalma dünya xəritəsi dəyişdirilir
Qatar parkında böyük yenilənmə: Azərbaycan hansı addımları atır? – EKSPERT
Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTOLAR - VİDEO
Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ
Maşınlara quraşdırılan bu nişanın mənasını bilirsiniz? - DİQQƏTLİ OLUN!
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu - FOTOLAR





















