Azərbaycandan Yaltaya avtobus getməyəcək

Bu gün mətbuatda Azərbaycandan Yaltaya birbaşa avtobus reyslərinin açılması barədə məlumat yayılmışdı. Məsələ ilə bağlı Dövlət Avtomobil Nəqliyyat Xidmətinin İctimaiyyətə Əlaqədar Sektorunun müdiri Nuridə Allahyarova Avtosfer.az-a bildirib ki, "Tur Trans Servis" şirkəti Rusiya ilə Yalta reysini razılaşdırdıqdan sonra təbii ki, daşıyıcı şirkət olduğu üçün Azərbaycana da müraciət olunur.
DANX-a bununla bağlı müraciət var. Lakin heç bir razılıq verilməyib. Sadəcə olaraq şirkət özü Beynəlxalq Avtovağzal Kompleksinə müraciət edib. Kompleks də bir neçə təsdiqlənmiş reyslə bağlı açıqlama zamanı yanlışlıqla bu reysi də bildirib. Ancaq hələ DANX hələ buna razılıq verməyib və razılıq da gözlənilmir.
N. Allahverdiyeva şirkətin cəzalandırıldığını və bir neçə xəttinin də dəyişdirilməsi ilə bağlı məsələ qaldırdığını da açıqlayıb. "DANX-ın yanaşması birmənalıdır. Yaltaya reys olmayacaq."
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












