"Azneft" dairəsi bağlandı: alternativ yollar açıqlandı - FOTO

Bakının mərkəzi küçəsində hərəkət üzrə dəyişiklik edilib. Bu barədə Avtosfer.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. Bildirib ki, "Azneft" dairəsi kimi tanınan ərazi "Formula 1" Azərbaycan Qran-prisinin keçirilməsi ilə əlaqədar beton maneələr düzüldüyü üçün bağlanıb. Vaqif Əsədov bu istiqamətdə hərəkət edən sürücülərə müraciət edərək bildirib ki, tıxacla qarşılaşmamaq üçün alternativ yollardan istifadə etsinlər.
"Yaxşı olar ki, sürücülər Bayıl qəsəbəsi daxilindəki yollardan keçməklə Mikayıl Hüseynov, Teymur Elçin, Lermontov və həmin ərazi üzrə digər küçələrdən istifadə etsinlər. Eyni zamanda cənubdan gələn sürücülər isə Bakı - Salyan yolunun 14-cü kilometrliyindən 3-cü kənar dairəvi yolla paytaxta daxil ola bilərlər. Burada Yasamal rayonu ərazisi, Ziya Bünyadov və ərazilər üzrə hərəkət edə bilərlər. Cənub istiqamətində mərkəzdən hərəkət edən sürücülər də yaxşı olar ki, Cavanşir körpüsünə çatmamış Yusif Səfərov küçəsi ilə hərəkət edərək metronun Gənclik və ya Nərimov stansiyaları istiqamətində hərəkət etməyə üstünlük versinlər."
Orxan
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq


















