Bakı-Məşhəd marşrut xətti üzrə razılıq əldə edilib - FOTO

"Bakı-Məşhəd" müntəzəm sərnişin daşıma marşrutunun açılması və Azərbaycan Respublikasında qeydiyyatda olan yük nəqliyyat vasitələrinin İran İslam Respublikasının ərazisinə yüksüz daxil olması üçün tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı razılıq əldə olunub. Bu barədə Avtosfer.az-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən məlumat verilib. Razılıq 12-13 iyun tarixlərində Bakı şəhərində keçirilən Azərbaycanla İran arasında 2002-ci ilin may ayında Tehran şəhərində imzalanmış “Beynəlxalq avtomobil daşımaları haqqında” Sazişin 13-cü bəndinə əsasən beynəlxalq avtomobil əlaqələri sahəsində Birgə Komissiyanın növbəti iclası zamanı əldə olunub.
Görüşdə Azərbaycan nümayəndə heyətinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov, İran nümayəndə heyətinə Yol və Şəhərsalma Nazirliyinin Yol və avtonəqliyyat departamentinin tranzit və sərhəd-keçid məntəqələri ilə iş üzrə baş idarəsinin rəisi Mənuçehr Salmanzadə rəhbərlik edib.
İclasda Azərbaycanla İran arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət, ticarət əlaqələri üzrə və hər iki ölkənin avtodaşıyıcıları tərəfindən "İcazə" blanklarının istifadəsi ilə bağlı statistik məlumatların mübadiləsi və kontingenti barədə, yük və sərnişin daşımaları zamanı avtodaşıyıcıların qarşılaşdığı problemlər və onların həlli yolları, 2019-cu ildə daşımaların həyata keçirilməsi üçün istifadə olunan "İcazə" blanklarının kvota sayı, daşımaların inkişafı perspektivləri və digər aktual məsələlər müzakirə edilib.
H.Həsənov qeyd edib ki, 2018-ci ildə Azərbaycanla İran arasında ticarət dövriyyəsi 446 mln ABŞ dolları təşkil etmişdir ki, bu da 2017-ci il ilə müqayisədə 74% artıq olub.
Yuxarıda qeyd edilən məsələlər, həmçinin reqlamentdə nəzərdə tutulan aidiyyəti üzrə digər aktual məsələlər də müzakirə edildikdən sonra nümayəndə heyəti arasında müvafiq Protokolun imzalanması ilə “Azərbaycan-İran Qarışıq Komissiyası”-nın növbəti iclası öz işinə yekun vurub.
Fidan
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO
ADY və Hamburq Limanı əməkdaşlığı gücləndirir - FOTO
Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün YENİLİK
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq




















