Bakı-Sumqayıt qatarlarında gediş haqqı dəyişəcək - CƏDVƏL

Yanvarın 28-dədən etibarən Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarında gediş haqqında müəyyən dəyişikliklər ediləcək. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova Avtosfer.az-a bildirib ki, Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarına minik zamanı keçid turniketlərində və bilet kassalarında və köşklərdə yaranan növbələrin aradan qaldırılması məqsədi ilə kağız biletlər ilə yanaşı elektron plastik kartlar istifadə edilir. Bu da sərnişinlərin turniketlərdən vaxt itkisinə yol vermədən sərbəst keçidini təmin edir.
Sərnişinlər kağız biletlərdən istifadə etdikdə, biletlərin yararsız hala düşməsi səbəbindən turniketlərdən keçid zamanı problemlərin yarandığını nəzərə alaraq, eyni zamanda bilet satışı köşklərində, kassalarda yaranmış növbələrin tam aradan qaldırılması, həmçinin sərnişinlərin plastik kartlardan daha çox istifadəyə cəlb edilməsi və bununla da gediş-gəliş zamanı sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə kağız biletlər və plastik kartlarla gediş haqqı arasında qiymət fərqi tətbiq ediləcək.
Bundan başqa, sözügedən qatarların biznes sinifli vaqonlarında gedişə olan tələbin təklifə uyğunlaşdırılması məqsədilə gediş haqqı tənzimlənəcək.
İstiqamət |
Tarif (manatla) (ƏDV daxil olmaqla) |
|||
|
Ekonom |
Biznes |
|||
|
Plastik kartla |
çap olunmuş biletlə
|
Plastik kartla |
çap olunmuş biletlə
|
|
|
Bakı-Sumqayıt (Sumqayıt-Bakı) |
1,0 |
1,10 |
2,00 |
2,10 |
|
Bakı-Biləcəri (Biləcəri-Bakı) |
0,40 |
0,50 |
1,60 |
1,70 |
|
Bakı-Xırdalan (Xırdalan-Bakı) |
0,60 |
0,70 |
1,80 |
1,90 |
|
Biləcəri-Xırdalan (Xırdalan-Biləcəri) |
0,40 |
0,50 |
1,20 |
1,30 |
|
Biləcəri-Sumqayıt (Sumqayıt-Biləcəri) |
0,80 |
0,90 |
1,80 |
1,90 |
|
Xırdalan-Sumqayıt (Sumqayıt-Xırdalan) |
0,60 |
0,70 |
1,60 |
1,70 |
Fərid
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












