Bakı-Sumqayıt yolunda yeni avtobus zolağı çəkilir - VİDEO - YENİLƏNİB

Moskva prospektinin Biləcəri enişi adlanan hissəsindən Həmdəm Ağayev küçəsinədək olan hissəsində xüsusi hərəkət zolağı yaradılaraq mövcud zolaqla birləşdirilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, buna qədər həmin hissədə mütəmadi olaraq sıxlıq müşahidə olunurdu:
"Müntəzəm marşrut avtobusları metronun "20 Yanvar" stansiyası istiqamətindən "Şamaxinka" adlanan yol sahəsinədək zolaqla fasiləsiz hərəkət etsə də, "Şamaxinka"dan Biləcəriyə qədər olan hissədə avtobus zolağı mövcud deyildi. Bu səbəbdən ciddi ləngimə yaranırdı və səyahət müddəti artırdı.
Sözügedən yol sahəsindən gündəlik 90 000-dən çox sərnişin daşınacaq. Xüsusi hərəkət zolağı sayəsində yeni istifadəyə verilən 18 metrlik iritutumlu 500 nömrəli avtobusların rahat və fasiləsiz hərəkəti təmin ediləcək"./oxu.az
***11:18
Bakı-Sumqayıt yolunda yeni avtobus zolağı çəkilir.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial mediada paylaşılıb.
Paylaşımı edən şəxs bildirib ki, yeni zolaq "Şamaxinka" adlanan ərazidən Dövlət Yol Polisi İdarəsinin Ekoloji nəzarət postuna qədər olan yolu əhatə edir.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu verilib.
Sözügedən görüntünü təqdim edirik:
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












