Bakıda 26 yaşlı oğlanın meyiti yaşadığı evdən tapıldı

Bakıda gənc oğlanın meyiti tapılıb. Avtosfer.az xəbər verir ki, Binəqədi rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə rayonun Binəqədi qəsəbəsində baş verib.
Fevralın 2-də Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan küçəsi, döngə 12-də fərdi evdə yaşayan 1992-ci il təvəllüdlü, Nuriyev Seyran Tofiq oğlunun yaşadığı evdə ölməsi ilə bağlı daxil olan məlumat əsasında dərhal hadisə yerinə baxış keçirilib, ölüm səbəbinin müəyyən edilməsi məqsədilə məhkəmə tibb ekspertizası təyin olunub.
Hadisə yerinə baxış zamanı yataq otağında çuqun materialdan hazırlanmış soba aşkar edilib.
İlkin araşdırma zamanı müəyyən olunub ki, S.Nuriyev yataq otağında huşsuz vəziyyətdə aşkar olunub.
Faktla bağlı Binəqəd rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2 -ci (Səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












