Bakıda daha 74 yol kəsişməsində sarı torlar olacaq

Bakı Nəqliyyat Agentliyi (BNA) yaxın günlərdə paytaxtdakı 74 yol kəsişməsində sarı torların yaradılması ilə bağlı layihənin icrasına başlayacaq. Avtosfer.az xəbər verir ki, bu barədə “Report”a qurumun Mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib. “Layihə çərçivəsində şəhərin mərkəzi küçə və prospektlərini əhatə edən 74 yol kəsişmədə yol hərəkətinin təşkili ilə bağlı nəqliyyat şəraiti yaxşılaşdılacaq. Yol hərəkətinin təşkili, nişanlanma ilə bağlı çatışmazlıqlar aradan qaldırılacaq. Eyni zamanda 74 kəsişmənin hər birində sarı kəsişmə toru nişanlanması tətbiq ediləcək. Bunun sayəsində Bakının mərkəzi küçə və prospektlərində nəqliyyat şəraitinin daha da yaxşılaşdırılmasına nail olunacaq, günün pik saatlarında sıxlıqların yaranmasının qarşısı alınacaq”, - deyə o qeyd edib.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












