Bakıda elektrikli velosipedlərin parkı genişlənir

Bakıda mikromobilliyin inkişaf etdirilməsi prosesi davam edir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Avtosfer.az-a bildirilib ki, qurum tərəfindən infrastrukturun genişləndirilməsi, velosiped və skuterlərlə rahat və təhlükəsiz hərəkət üçün mikromobillik zolaqlarının uzunluğunun artırılması və onların bağlılığının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərə paralel olaraq, velosiped parkının genişləndirilməsi üçün də addımlar atılır.
Belə ki, artan tələbatı nəzərə alaraq, APAR şirkəti bu günlərdə paytaxta yeni elektrikli velosipedlərin gətirilməsi və istifadəyə verilməsini təmin edib. Müasir rəqəmsal texnologiyalar əsasında yaradılmış platformadan istifadə edərək velosiped həvəskarları onları şəhərin müxtəlif yerlərində yaradılmış məntəqələrdə icarəyə götürə bilərlər.
Yeni velosipedlər ən son texnologiyalar əsasında yaradılıb və əvvəlki modellərlə müqayisədə bir sıra üstünlüyə malikdir. Konstruksiyanın təkmilləşdirilməsi sayəsində onlar istismarda daha praktikdir, yeni erqonomik dizayna və daha az çəkiyə malikdir, hərəkət sürətini və batareyanın doldurulma səviyyəsini göstərən displeylə təchiz edilib. Oturacağın hündürlüyünü insan boyuna daha dəqiq uyğunlaşdırmaq mümkündür ki, bu da hərəkət zamanı rahatlığı və təhlükəsizliyi təmin edir.
Mikromobillik infrastrukturunun daha da inkişaf etdirilməsi, velosiped və skuter parkının yenilənməsi üzrə işlər davam etdiriləcək.
Bakının bu prospektində yeni radar QURAŞDIRILDI
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO












