Bakıda iki küçədə nəqliyyat infrastrukturu təkmilləşdirilib - FOTOLAR

Bakının Xətai rayonunun Süleyman Vəzirov küçəsində hərəkətin təhlükəsizliyinin yüksəldilməsi və nəqliyyat axınının daha səmərəli təşkili məqsədilə kompleks tədbirlər həyata keçirilib.
Bu barədə Avtosfer.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata görə, küçə boyu yol nişanları və nişanlanma xətləri normativ tələblərə və standartlara əsasən yenidən təşkil olunub. Bakı Avropa Liseyinin yerləşdiyi ərazidə maksimal sürət həddi saatda 30 kilometr, küçə boyunca isə saatda 40 kilometr müəyyən edilib. Eyni zamanda, Süleyman Vəzirov küçəsinin Babək prospekti ilə kəsişməsində hərəkət sxemi optimallaşdırılıb. Belə ki, Süleyman Vəzirov küçəsindən Məşədi Hilal Kazımov küçəsi istiqamətində düzünə, Süleyman Vəzirov küçəsindən şəhər mərkəzi istiqamətində isə sola hərəkətə imkan yaradılıb. Xaqani Rüstəmov küçəsində təmir işləri aparıldığı nəzərə alınaraq, Süleyman Vəzirov küçəsindən şəhər mərkəzi istiqamətində yeni alternativin yaradılması xüsusi əhəmiyyət kəsb edir. Ərazidə quraşdırılan işıqforlar hazırda test rejimində fəaliyyət göstərir.
Beləliklə, Ağ Şəhər ərazisinə giriş-çıxış üçün daha rahat alternativ marşrutlar formalaşdırılıb, nəqliyyat axınlarının paylanması yaxşılaşdırılıb, pik saatlarda Babək prospektində yaranan geriyə dönmə yerlərində yüklənmənin azalmasına şərait yaradılıb.

Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq

















