Bakıda su üzərində yol çəkilir - VİDEO

Böyükşor-Pirşağı avtomobil yolunda tikinti işlərinin 75%-i görülüb.
Avtosfer.az xəbər verir ki, Bakı şəhərində nəqliyyat axınının tənzimlənməsində böyük rol oynayacaq yeni Böyükşor-Pirşağı avtomobil yolu ümumi uzunluğu 12.7 km olmaqla inşa edilir. Yeni yol 30.6 metr, hər bir hərəkət zolağının eni 3.5 metr olmaqla 6 hərəkət zolağından ibarətdir.
Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyir ki, layihə üzrə torpaq işləri, ərazinin təmizlənməsi, tikinti altına düşən kommunikasiyaların köçürülməsi, qazma və dolğu işləri aparılmaqla yeni torpaq yatağının inşası yekunlaşdırılıb. Onun sözlərinə görə, hazır olan hissələrdə asfaltlanma aparılır ki, bu da işlərin böyük hissəsinin görülməsi deməkdir. azal vakansiya
Avtomobil yolunun hər iki tərəfində piyada səkilərinin inşası və yolboyu işıqlandırma sisteminin qurulması da nəzərdə tutulub.
Bundan başqa layihə üzrə marşrut boyu yolun sağ və sol kənarlarında mühafizə hasarları qurulur. Eyni zamanda nəqliyyat və piyadaların təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq yerlərdə əyri xətli tirlər quraşdırılır. Yolun ayın sonuna qədər istifadəyə verilməsi planlaşdırılır.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












