Bakıda yeni kameralar: yerə zibil atanlar cərimələnəcək?

Üztanıma kameraları xüsusilə cinayətkarlıqla mübarizədə mühüm rol oynayır. Bu kameralar əsasən parklar, küçələr və insanların sıx olduğu ərazilərdə yerləşdirilir. Üztanıma texnologiyası vasitəsilə həm də piyadaların və sürücülərin yol hərəkəti qaydalarına riayət etməsi təmin oluna bilər.
Avtosfer.az xəbər verir ki, bu fikirləri Axar.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı üztanıma kameraları haqqında danışarkən deyib.
O bildirib ki, üztanıma kameraları vasitəsilə piyadaların qayda pozuntularına görə məsuliyyətə cəlb olunması mümkündür:
“Nəqliyyat vasitələrinin əksəriyyəti kameralar, radarlar və patrul avtomobillərində quraşdırılmış nəzarət sistemləri vasitəsilə izlənilir ki, bu da sürücülərin qaydalara riayət etməsini təmin edir. Piyadaların yol hərəkəti qaydalarına əməl etməməsi isə ciddi problemlər yaradır. Buna görə də parklarda, küçələrdə və digər ictimai yerlərdə bu texnologiyadan nəzarət məqsədilə istifadə oluna bilər.
Məsələn, piyadaların küçəni zibilləməsi və ya digər ictimai qaydaları pozması zamanı üztanıma sistemləri vasitəsilə həmin şəxslərin kimliyi müəyyən edilərək elektron qərarlar tətbiq edilə bilər. İnsanlar küçədə necə davranmalı olduqlarını bilməlidirlər. Bu, ictimai davranış qaydalarının formalaşması baxımından çox vacibdir”.
Elməddin Muradlı hesab edir ki, bunun üçün qanunvericilikdə müəyyən dəyişikliklər edilməlidir:
“Qanunda olmayan bir şeyi vətəndaşa qarşı tətbiq etmək mümkün deyil və bu, düzgün də sayılmaz. Ona görə də üztanıma texnologiyalarının tətbiqi ilə bağlı konkret mexanizmlər hazırlanmalıdır”.
Qeyd edək ki, hazırda respublika üzrə 4700, o cümlədən Bakı şəhərində 4200 üztanıma kamerası istifadə olunur.
Laçın dağlarında böyük yol tikintisi – Görüntülər YAYILDI – VİDEO
Azərbaycanın Suriyaya yeni nəqliyyat bağlantısı yarana bilər? – 800 milyon dollarlıq layihə
DSX-də generalların yeri dəyişdi - Müzəffər Pirizadə Elçin Quliyevin müavini oldu
Bakıda 6 ekspres marşrut fəaliyyətə başladı - İlk və son dayanacaqlar - VİDEO
Sabahdan ekspres marşrutlar fəaliyyətə başlayır - VİDEO
Naxçıvan dəmir yolu Ermənistan sərhədinə çatır: Böyük layihənin DETALLARI
“Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaq” - VİDEO
Metrodakı yenilik: "Taksilərə tələb artacaq, tıxac yaranacaq"
Belçikadakı səfirimiz geri çağırıldı - YENİ TƏYİNAT
“28 May”–“Nizami” istiqamətində yeni ekspres avtobuslar işə düşür: Gedişhaqqı açıqlandı
Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək - YENİ QAYDALAR










