Bakıda yol nişanlarına dəyişiklik edilir - VİDEO

Bakıda yol nişanlarına dəyişiklik edilir. Avtosfer.az-ın məlumatına görə, əvvəllər dayanma və durmanı qadağan edən nişanların olduğu yerdə indi təkcə durmanı qadağan edən yol nişanı qoyulur. Üstəlik, alt hissədə də tələbin təsirli olduğu saat aralığı qeyd edilir. Artıq bir nəçə gündür, Bakı Nəqliyyat Agentliyinin əməkdaşları tərəfindən paytaxt yollarında olan bəzi nişanların dəyişilməsinə başlanılıb. Məqsəd parklanmanın daha səmərəli formada idarə edilməsidir. Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevin sözlərinə görə, hazırda Azadlıq prospekti, Bülbül, S.Vurğun, D.Əliyeva, R.Behbudov və Ü.Hacıbəyov küçələrində ümumilikdə 33 nişan qanunvericiliyin tələbinə uyğun dəyişdilirilib.
"Yol hərəkəti haqqında" qanuna əsasən durmanı qadağan edən bu nişanın təsir zonasında sərnişin mindirib düşürməyə və yük götürüb boşaltmağa icazə verirlir. Digər bir yenilik isə vaxt məhdudiyyəti ilə bağlıdır.
Həmçinin qanunsuz parklanmaya intellektual nəzarət sisteminin kameralarının quraşdırılması işləri çərçivəsində ümumilikdə 360 məntəqədə kameraların quraşdırılması planlaşdırılır və bundan sonra yeni ərazilərdə də nişanlara müvafiq dəyişikliklər ediləcək.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












