Bakının bu ərazisində tramvay şəbəkəsi yaradılır

Bakıda nəqliyyat infrastrukturunun inkişafı çərçivəsində bir neçə istiqamət üzrə yeni tramvay xətlərinin çəkilməsi planlaşdırılır.
Avtosfer.az xəbər verir ki, bu barədə AzTV-yə müsahibəsində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.
"Seabrezdən Mehdiabada qədər tramvay xəttinin çəkilməsi nəzərdə tutulur. Bu xəttin Mehdiabaddan metronun "28 May” stansiyasına qədər uzadılması planlaşdırılır. Bundan əlavə, Bayıl ərazisindən "28 May” stansiyasınadək də tramvay xəttinin çəkilməsi gündəmdədir. Eyni zamanda, "28 May”dan "Həzi Aslanov” istiqamətində, Mehdiabaddan isə "8 Noyabr” stansiyasına qədər yeni xətlərin salınması nəzərdə tutulur.
Layihələrin həyata keçirilməsi nəticəsində paytaxtın şərq və qərb, eləcə də şimal və cənub istiqamətləri arasında nəqliyyat əlaqəsi daha da gücləndiriləcək",-deyə V. Qasımlı bildirib.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












