Bakının bu küçəsində hərəkət qaydası dəyişdi - Sürücülərin DİQQƏTİNƏ - VİDEO

"Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb. Avtosfer.az “Baku TV”yə istinadən xəbər verir ki, öncəki buraxılışların birində Azadlıq prospektindən Nəcəf Nərimanov küçəsi istiqamətində hərəkət zamanı sürücülərin üzləşdiyi problem diqqətə çatdırılmışdı. Bildirilmişdi ki, həmin ərazidə avtomobillərin avtobus zolağına daxil olmasına icazə verilməməsi sürücülər üçün əlavə çətinlik yaradır.
Məsələ ilə bağlı səsləndirilən irad və təkliflər aidiyyəti qurum tərəfindən nəzərə alınıb. Belə ki, sürücülərin həmin istiqamətdə rahat dönüş etməsi üçün kəsişməyə yaxın 1.11 nişanlanma xətti çəkilib.
Qeyd edilib ki, hazırda bəzi sürücülər əvvəlki xətlənməyə uyğun hərəkət etsələr də, edilən dəyişiklik ərazidə hərəkətin daha təhlükəsiz təşkilinə və manevrlərin daha rahat həyata keçirilməsinə şərait yaradır.
Bakı-Qazax yolu ilə gedib-gələnlərə ŞAD XƏBƏR - VİDEO
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək












