Binədə bu yollar təmir edilir - FOTO

Xəzər rayonu Binə qəsəbəsində hazırda ümumi sahəsi 160 min kv.m-dən çox olan küçə və yollarda təmir-tikinti işləri aparılır və ya aparılmasına yaxın günlərdə start veriləcək. Ümumi uzunluğu 10.5 km olan və Mərdəkan şosesindən ayrılan Badam bağları yaşayış massivinə gedən yol, həmçinin qəsəbədaxili 1 küçə, bundan başqa uzunluqları 2 km-ə yaxın olan Nəsimi və Sabir küçələri yenidən qurulur. Yaxın günlərdə isə anoloji işlərin uzunluqları 9 km-dən artıq olan Binə Südçülük sovxozu və “Binə aqrokompleksi” yaşayış massivləri yollarında, həmçinin Hövsan südçülük yaşayış massivinin 2.5 km uzunluğu olan 161 nömrəli küçədə aparılması nəzərdə tutulub. Küçə və yollar 2 hərəkət zolaqlı olmaqla enləri 6-7 metr təşkil edir.
Yollar boyu yararsız qrunt qazılaraq çıxarılır, əks-dolğu aparılaraq yeni yol yatağı salınır, daha sonra yeni yol əsası inşa edilir və asfaltlanma işləri görülür.
Bütün işlər AAYDA-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun şəkildə aparılır. İşlərin vaxtında yekunlaşdılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Namiq
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq

















