Binəqədi qəsəbələrində yolların yenidən qurulmasına başlanıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Binəqədi rayonu ərazisində yerləşən qəsəbələrin yollarının yenidən qurulması işlərinə başlayıb. Avtosfer.az xəbər verir ki, bu barədə “Report”a AAYDA-nın mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.
Onun sözlərinə görə, kompleks tədbirlər ilkin mərhələdə Binəqədi rayonun Binəqədi, Rəsulzadə, Biləcəri, Sulutəpə və 28 may qəsəbələrinin 15-ə yaxın küçəsini və məhlədaxili yolları əhatə edir:“Belə ki, Binəqədi qəsəbəsində hazırda ümumi uzunluğu 6 km-dən çox olan 4 yolda, Rəsulzadə qəsəbəsində 2,5 km uzunluğa malik 5 küçə və məhlədaxili yollarda təmir-tikinti işləri həyata keçirilir. Biləcəri qəsəbəsində isə indiyədək 8 min kv.m sahədə 4 küçədə, həmçinin 1 May yaşayış massivinin yolunda təmir işləri həyata keçirilib və bu istiqamətdə işlər hazırda da davam etdirilir”.
A.Nəcəfli vurğulayıb ki, hazırda Binəqədi qəsəbəsində 1-ci mədən, 2-ci mədən və 3-cü mədən küçələrində, Rəsulzadə qəsəbəsində Zahid Qəmbərov, Aydınbəyov, Mahir Qədimov, Koroğlu və digər küçələrdə, Biləcəri qəsəbəsində isə Aşıq Şəmşir, Qafur Məmmədov, Xəqani, Xudadat bəy Məlikaslanov küçələri və digər yollarında təmir işləri həyata keçirilir. Sadalanan küçələr boyu işlər yekunlaşdıqca təmirə ehtiyacı olan digər yollarda da təmir-bərpa işləri həyata keçiriləcək: “Daha sonra yollar və küçələr boyu avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün zəruri olan yerlərdə yeni yol nişanları quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkiləcək. Tikinti norma və standartlarına uyğun şəkildə aparılan işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin şəxsi nəzarəti altındadır. Tərtib olunmuş qrafikə uyğun işlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib".
Qeyd edək ki, Binəqədi rayonunun qəsəbədaxili yollarının abadlaşdırılması layihəsi çərçivəsində bundan öncə Sulutəpə qəsəbəsinin 4 km-lik Ruslan Alahverdiyev küçəsinin və bu küçəyə paralel olan qəsəbədaxili yolun yenidən qurulması işlərinə başlanılmışdı. Yaxın günlərdə isə 28 may qəsəbəsinin yolunun bərpası işlərinə başlanılacaq.
Bakının bu prospektində yeni radar QURAŞDIRILDI
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO












