Binəqədi rayonunun 28 May qəsəbəsinin yolları yenidən qurulur - FOTO

Paytaxtın Binəqədi rayonunun 28 May qəsəbəsinin yolları yenidən qurulur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Avtosfer.az-a bildirilib ki, başlanğıcını Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 22-ci kilometrindən götürən bu yolların uzunluğu 1,4 kilometr təşkil edir. Yolların yenidən qurulması ilə 1,4 kilometrlik hissədə rahat gediş-gəliş təmin olunacaq.
Layihə çərçivəsində torpaq əsaslı yolun yararsız hissələri qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirilib, yollar boyu karbonat materialı tökülərək yol yatağı layihə hündürlüyünə qaldırılaraq profilə salınıb. Hazırda yeni yol əsası inşa edilir, yol əsası hazır olan hissələrin isə artıq asfaltlaması işlərinə də başlanılıb. Ümumilikdə təmir-tikinti işlərinin aparıldığı ərazi 10 min kvadratmetrə yaxındır.
Tikinti norma və standartlarına uyğun olaraq hərəkətin normal təşkili üçün zəruri yol nişanları quraşdırılacaq, üfiqi nişanlanma xətləri çəkiləcək.
Namiq
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq














