BNA könüllülük proqramlarını icra edir - FOTO

Bakı Nəqliyyat Agentliyinin “Nəqliyyat Agentləri” könüllülük proqramına qəbul üzrə müsahibə mərhələsi keçirilib. 3 gün davam edən müsahibə mərhələsində namizədlərin şəxsi keyfiyyətləri, müxtəlif sahələr üzrə bilik və bacarıqları qiymətləndirilib. Müsahibədə əsasən könüllü olmaq istəyən şəxslərin motivasiyasına, bilik və bacarığına xüsusi diqqət yetirilib, eləcə də dil bilikləri yoxlanılıb.
Müsahibə mərhələsinin nəticələri yaxın günlərdə elan ediləcək. Bu mərhələdən uğurla keçən namizədlər Bakı Nəqliyyat Agentliyinin aparatında və müvafiq struktur bölmələrində təcrübə keçmək imkanı əldə etməklə yanaşı müxtəlif maarifləndirici layihələrdə iştirak edəcəklər. Könüllülərin gələcək peşəkar inkişafı məqsədilə zəruri olan mövzularda müxtəlif təlim və seminarlar təşkil ediləcək.
Xatırladaq ki, könüllülük fəaliyyətinin müddəti 2 aydır. Proqramın sonunda könüllülərə sertifikatların təqdim edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi könüllülük proqramları davamlı olaraq keçiriləcək.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq















