BNA şəhər nəqliyyatı üçün ilk olan layihənin icrasına başlayıb - FOTO

Şəhər nəqliyyatını hər kəs üçün daha rahat və əlçatan etmək, sərnişinlərə təhlükəsiz və keyfiyyətli xidmətlərin göstərilməsinə nail olmaq üçün tədbirlər davam etdirilir. Agentlikdən Avtosfer.az-a verilən məlumata görə, müntəzəm marşrut xətlərinin optimallaşdırılması, eləcə də yeni xətlərin təşkilində sərnişin axınının əhəmiyyətini nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyi şəhər nəqliyyatı üçün ilk olan layihənin icrasına başlayıb. Sərnişin axınının öyrənilməsinə dair məlumatlar elə sərnişinlərin özlərindən alınacaq. Məqsəd, paytaxtın avtobus marşrut şəbəkəsinin müasirləşdirilməsi və optimallaşdırılması işində sərnişinlərin birbaşa iştirakını təmin etməkdir ki, bu da ictimai iştirakçılıq baxımından önəmli məqamdır. Layihənin həyata keçirilməsində əsas dəstəkçilərimiz isə könüllülərdir. Belə ki, "Bir" Tələbə-Könüllü proqramının könüllülərinin dəstəyi ilə sərnişinlər arasında sosial sorğu keçiriləcək. 08.04.2019 tarixindən başlayacaq sorğu 77 gün davam edəcək. Şəhərin müxtəlif ərazilərindəki avtobus dayanacaqlarında və insanların daha çox toplaşdığı məkanlarda könüllülər gedilən istiqamətlər, istifadə edilən dayanacaqlar, bir məntəqədən digərinə səfər edilərkən sərf olunan zaman və digər bu tipli məlumatlar öyrənmək məqsədi ilə sərnişinlərə müraciət edəcəklər. Sorğu, həmçinin, onlayn qaydada da aparılacaqdır.
Əldə edilən məlumatlar paytaxtın avtobus parkının yenilənməsi işləri çərçivəsində alınan 300 ədəd müasir və komfortlu avtobusların istismara veriləcəyi marşrut xətlərinin müəyyən edilməsi zamanı, həmçinin, ictimai nəqliyyatın inkişafı üzrə layihələrin hazırlanmasında istifadə ediləcək.
Namiq






Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












